Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aleksandr Duqindən Putinə: “Çar var – beyin yoxdur, Rusiya başsız toyuq kimi...”

Baxış: 171
Aleksandr Duqindən Putinə: “Çar var – beyin yoxdur, Rusiya başsız toyuq kimi...”


Kremlin ideoloqlarından sayılan rusiyalı filosof Aleksandr Duqin müasir Rusiyanın siyasi idarəetmə böhranını sərt tənqid edib.

Musavat.com xəbər verir ki, o bu günkü durumu Rusiya imperiyasının son illəri və SSRİ-nin yenidənqurma dövrü ilə müqayisə edərək deyib ki, o zaman da formal hakimiyyət var idi – Çar, Siyasi Büro, KPSS, KQB və ərazilər üzərində (Qazaxıstan, Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Baltikyanı ölkələr) nəzarət mövcud idi, lakin strateji rəhbərlik yox idi.

Duqin indi də eyni vəziyyətin yaşandığını bildirib:

“Çar var, amma beyin yoxdur. Ölkə başsız toyuq kimi hərəkət edir.”

Bu açıqlama ekspertlər tərəfindən birbaşa Vladimir Putinə yönəlmiş siyasi ismarıc kimi qiymətləndirilir. Çünki Putinin son illərdə əsas məqsədi Rus İmperiyasını genişləndirmək, “tarixi sərhədləri” bərpa etmək idi. O, bu iddia ilə Ukraynaya hücum etdi, “Şərqi slavyanların birləşdirilməsi” planını irəli sürdü.

Lakin artıq 3 il yarımdır davam edən qanlı müharibə iki slavyan xalqını qarşı-qarşıya qoymaqla yanaşı, Rusiyanı beynəlxalq arenada tam təcrid vəziyyətinə salıb. Qərb dövlətləri sərt sanksiyalar tətbiq edib, Moskva diplomatik və iqtisadi blokada ilə üz-üzə qalıb.

Putinin yanlış siyasəti nəticəsində Rusiya təkcə nüfuz dairəsini genişləndirə bilmədi, əksinə, onu daraltdı. Cənubi Qafqazda əsas forpostu olan Ermənistanı itirdi, Azərbaycanla münasibətlər kəskin gərginləşdi. Bu, Rusiyanın regiondakı təsir imkanlarının xeyli zəifləməsi ilə nəticələndi.

Duqinin “Çar var – beyin yoxdur” ifadəsi, əslində, Kremlin mövcud strategiyasının iflasa uğradığını və idarəetmədə ideya boşluğunun yarandığını açıq şəkildə göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.