Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səudiyyədən İsrailə: Fələstin dövləti qurulmadan əlaqələr qurulmayacaq

Baxış: 136
Səudiyyədən İsrailə: Fələstin dövləti qurulmadan əlaqələr qurulmayacaq


Səudiyyə Ərəbistanı Fələstin dövləti qurulmadan İsraillə əlaqələr qurmayacaq.

Belə bir bəyanatla Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Fələstin probleminin sülh yolu ilə həllinin tapılması və Birləşmiş Millətlər Təşkilatında (BMT) iki dövlət həllinin həyata keçirilməsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində mətbuat konfransında çıxış edib.

Nazir Bin Fərhan bildirib ki, münaqişəyə son qoymağın və Fələstin dövlətinin yaradılmasının vaxtı çatıb.

“Fələstin və İsrail arasında sülh hərtərəfli regional sülhə nail olmaq üçün əsas qapıdır. Bölgədə təhlükəsizlik və sabitlik Fələstin xalqı üçün ədalətin təmin edilməsi, onlara qanuni hüquqlarının verilməsi ilə başlayacaq”, - o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.