Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pezeşkiandan Zəngəzur dəhlizi açıqlaması: Narahatlığa əsas yoxdur

Baxış: 153
Pezeşkiandan Zəngəzur dəhlizi açıqlaması: Narahatlığa əsas yoxdur


İranın Zəngəzur dəhlizi kimi mövzularda narahatlığına ehtiyac yoxdur.

Bunu İran prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə deyib.

Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıran Pezeşkian deyib: "Qonşularımız və region ölkələri ilə münasibətlərimizi və əməkdaşlığımızı geniş perspektivdən nəzərdən keçirdikdə, ölkənin şimal-qərbində sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmaq lazım deyil".

İranın bu mövzuda həssaslığının azaldılmasını qeyd edən prezident Pezeşkian qonşularla və region ölkələri ilə əlaqələrin inkişafının vacibliyini vurğulayıb. "Biz qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində nəzərdən keçirməliyik. Biz həssaslığı azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdən keçirməliyik", - İran prezidenti bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.