Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Starlink peyk şəbəkəsində nasazlıq yarandı - Ukrayna ordusu çətin vəziyyətə düşdü

Baxış: 163
Starlink peyk şəbəkəsində nasazlıq yarandı - Ukrayna ordusu çətin vəziyyətə düşdü


Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə xətti boyunca Starlink peyk şəbəkəsində nasazlıq qeydə alınıb .

"Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

"Starlink bütün cəbhə xətti boyunca fəaliyyətini dayandırıb", - məlumatda deyilir.

"SHOT" Telegram kanalı yazır ki, SpaceX rəhbəri hazırda bu məlumatı şərh etməyib . Həmçinin bildirilir ki, nasazlıq qlobal xarakter daşıyır. Starlink peyk sistemi bütün dünyada qismən sıradan çıxıb.

Öz növbəsində, Downdetector portalı xəbər verir ki, Starlink peyk İnternetinin işində fasilələr bütün dünyada qeydə alınıb, nasazlıqla bağlı müraciətlərin sayı 50 mini keçib.

Starlink İnterneti 2022-ci ildən Ukrayna ordusu tərəfindən istifadə olunur.

Ukrayna hərbi rəsmiləri bildirir ki, pilotsuz təyyarələr antenaları və Starlink peyk terminallarını qəsdən sıradan çıxarırlar. Bu da Ukrayna Silahlı Qüvvələrinin cəbhədə fəaliyyətinin əlaqələndirilməsini ciddi şəkildə çətinləşdirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.