Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Uzaq Şərqdə yeni müharibə - F-16-lar havaya qalxıb

Baxış: 173
Uzaq Şərqdə yeni müharibə - F-16-lar havaya qalxıb


Cənub-Şərqi Asiyada  Tailandla Kamboca ordusu arasında toqquşma baş verib.

Bu barədə Tailand ordusu məlumat yayıb. Bildirilib ki, hərbçilər arasında baş verən silahlı toqquşmalardan sonra bu səhər Kambocadan artilleriya atəşi nəticəsində ən azı iki Tailand vətəndaşı həlak olub, iki nəfər yaralanıb. 

Tailand 86 kənddən 40 minə yaxın mülki vətəndaşın təhlükəsiz ərazilərə köçürüldüyünü açıqlayıb.

Tailand Kamboca ordusuna qarşı hərəkətə keçmək üçün F-16 qırıcı təyyarəsini   döyüş hazırlığı vəziyyətinə gətirib. Qırıcı təyyarələr  Kamboca sərhəddə uçuşlar həyata keçirməkdədir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.