Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ayaqlarındakı şişkinlik diqqət çəkmişdi: Trampın xəstəliyi açıqlandı

Baxış: 164
Ayaqlarındakı şişkinlik diqqət çəkmişdi: Trampın xəstəliyi açıqlandı


Ayaqlarındakı şişkinlik diqqət çəkən ABŞ Prezidenti Donald Trampın xəstəliyi açıqlanıb.

 İHA xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Leavitt ABŞ liderinin müayinədən keçdiyini deyib:

"Son həftələrdə prezident Tramp gündəlik tibbi baxıma uyğun olaraq, ayaqlarının aşağı hissəsində yüngül şişkinlik müşahidə edib və bu, Ağ Evin tibb bölməsi tərəfindən hərtərəfli qiymətləndirilib. Prezident hərtərəfli müayinədən keçib və ona xroniki venoz çatışmazlığı diaqnozu qoyulub. Bu, xüsusilə yaşı 70-dən yuxarı olan şəxslərdə rast gəlinən bir vəziyyətdir".

Leavitt həmçinin Trampın ürək quruluşu və funksiyalarının normal olduğunu, ürək çatışmazlığı, böyrək çatışmazlığı və ya sistemik xəstəlik əlamətlərinin olmadığını söyləyib.

Sözçü 79 yaşlı Trampın səhhətinin əla olduğunu vurğulayıb.

Qeyd edək ki, xroniki venoz çatışmazlığı (CVI) ayaqlardakı damarların qanı ürəyə geri daşıya bilməməsi nəticəsində yaranan uzunmüddətli (xroniki) sağlamlıq problemidir. Bu vəziyyət adətən alt ayaqlarda baş verir və zamanla həyat keyfiyyətinə təsir göstərə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.