Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp tərəddüd edir: İrana hücum planı təxirə düşür? – Axios

Baxış: 189
Tramp tərəddüd edir: İrana hücum planı təxirə düşür? – Axios


ABŞ-nin prezidenti Donald Tramp İrana qarşı potensial hərbi hücumun effektivliyindən əmin deyil.

 “Axios”un Ağ Evdəki mənbəyə istinadla yaydığı məlumata görə, Tramp hazırda müşavirlərindən soruşur ki, İranın möhkəmləndirilmiş nüvə obyektlərinə qarşı planlaşdırılan zərbə, xüsusilə də bunkerə nüfuz edən “Massive Ordnance Penetrator” (MOP) bombaları ilə hücum doğrudan da nəticə verəcəkmi.

Trampın tərəddüd etməsinin əsas səbəblərindən biri ABŞ-nin daha bir uzunmüddətli Yaxın Şərq münaqişəsinə cəlb olunma ehtimalıdır. “Biz İrana zərbə endirməyə hazır olacağıq. Sadəcə olaraq, bunun zəruri olub-olmadığına hələ əmin deyilik”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, Tramp bu məsələdə “sadəcə əmin deyil” və əməliyyatın məqsədə çatacağına – İranın nüvə proqramının tamamilə məhv ediləcəyinə inanmaq istəyir.

Prezident xüsusilə İranın ən güclü mühafizə olunan nüvə obyektlərindən biri – Fordodakı qurğuların MOP raketləri ilə məhv edilə biləcəyinə dair suallar verir. Qeyd olunur ki, bu bombalar heç vaxt real döyüş şəraitində tətbiq olunmayıb, yalnız sınaqlardan keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.