Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pezeşkian: Onlar kimdir ki, heç vaxt boyun əyməyəcəyik

Baxış: 186
Pezeşkian: Onlar kimdir ki, heç vaxt boyun əyməyəcəyik


İran ABŞ-nin mülki nüvə tədqiqatlarından imtina tələbini qəbul etməyəcək.

Bunu İran prezidenti Məsud Pezeşkian bəyan edib.

İranın ali lideri Ayətullah Əli Xamneyinin siyasətlərinə uyğun olaraq ABŞ ilə danışıqları davam etdirdiklərini qeyd edən Pezeşkian bildirib ki, zülmə boyun əyməyəcəklər. Vaşinqtonun danışıqlar zamanı İrandan uranın zənginləşdirilməsi fəaliyyətlərini və nüvə tədqiqatlarını tamamilə dayandırmasını tələb etdiyini vurğulayan Pezeşkian deyib: "Kim dedi ki, elmi araşdırmalar aparmaq üçün icazə lazımdır? Onlar kimlərdir ki, bizim bütün nüvə sənayemizi dağıtsın?"

Ölkə daxilində insanları birliyə çağıran Pezeşkian bildirib: "Aramıza nifaq salmaq, vəziyyətdən istifadə edib bizə hücum etmək istəyirlər".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.