Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Los-Ancelesdə komendant saatı tətbiq edilib

Baxış: 146
Los-Ancelesdə komendant saatı tətbiq edilib


İmmiqrasiya reydlərinə qarşı etirazlar fonunda Los-Ancelesin mərkəzi hissəsində komendant saatı elan edilib.

Komendant saatı şəhər meri Karen Bass və polis rəisi Cim Makdonnel tərəfindən elan edilib.

Mer Bass bildirib ki, komendant saatı axşam saat 20.00-dan səhər 06.00-dək qüvvədə olacaq. “Komendant saatı bir neçə gün davam edəcək”, - Bass bildirib. 

O, şəhərə ciddi ziyan dəydiyini, lakin komendant saatının yalnız bir kvadrat mil əraziyə şamil edildiyini söyləyib. Bass əlavə edib ki, komendant saatının tətbiqi bu ərazilərdə yaşayan sakinlərə və akkreditə olunmuş media nümayəndələrinin fəaliyyətinə maneçilik yaratmayacaq.

Polis şefi komendant saatının bir neçə gün davam edən iğtişaşlardan sonra insan həyatını xilas etmək və əmlakı qorumaq üçün lazım olduğunu söyləyib. Onun sözlərinə görə, şənbə günü 27, bazar günü 40, bazar ertəsi 114, çərşənbə axşamı isə 197 nəfər həbs edilib.

Mer Bass prezident Donald Trampı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən qeyri-qanuni mühacirlərə qarşı reydləri dayandırmağa çağırıb. O, məsələni müzakirə etmək üçün Trampla əlaqə saxlamağa çalışdığını bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.