Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlon Mask vəzifəsindən istefa verdi - Səbəbi isə...

Baxış: 167
İlon Mask vəzifəsindən istefa verdi - Səbəbi isə...


Milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask prezident administrasiyasını tərk edir və Donald Trampa təşəkkür edib.

 İlon Mask istefası ilə bağlı X (twitter) səhifəsində yazıb.

"Xüsusi dövlət işçisi kimi müddətim başa çatır. Mənə israfçı xərcləri azaltmaq imkanı verdiyi üçün prezident Donald Trampa təşəkkür etmək istəyirəm", - o, X-də şərh edib.

Maskın Tramp komandasından istefasına səbəb isə daxili xərclər haqqında yeni qanun layihəsi olub. Qeyd edək ki, 
Mask CBS-yə müsahibəsində adıçəkilən qanunun qəbulunun federal büdcə kəsirini artıracağından məyus olduğunu bildirib.
“Açığı, kəsiri azaltmaq əvəzinə artıran və DOGE komandasının gördüyü işlərə xələl gətirən nəhəng xərc qanun layihəsini görmək məni məyus etdi”, - Mask qeyd edib.

Trampın müttəfiqi və Ağ Evdə yüksək vəzifəli şəxs olan Mask da tarif siyasətinə görə prezidentdən uzaqlaşıb.

O da bildirilir ki, Tramp Maskı xüsusi dövlət qulluqçusu təyin etdiyindən o, ancaq ilin 130 günü dövlət üçün işləyə bilərdi. O, yanvarın 20-də Trampın inaqurasiyasından sonra vəzifəyə başlayıb, ona görə də onun səlahiyyət müddəti mayın sonunda başa çatır.

Ağ Ev Tesla və SpaceX-in qurucusunu hökumət işindən uzaqlaşdırmaq üçün rəsmi prosesə başlayıb.

“Reuters” xəbər verir ki, Maskın getdiyini elan etməzdən əvvəl Trampla söhbəti olmayıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.