Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lavrov İrəvanda belə qarşılandı: “Putin qatildir”

Baxış: 159
Lavrov İrəvanda belə qarşılandı: “Putin qatildir”


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri başlayıb.

 “Azadlıq” radiosunun məlumatına görə, Arman Babacanyanın rəhbərlik etdiyi “Respublika adına” partiyası Lavrovu hava limanı yolunda “Putin qatildir” yazılmış pankartla qarşılayıb. 

Ərazidə polislər olsa da, onlar tədbirə müdaxilə etməyiblər.

İrəvana işgüzar səfərə gələn Sergey Lavrov bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcək. Bu görüşlərdə həm də İrəvan-Bakı və İrəvan -Ankara münasibətləri müzakirə ediləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.