22:12 / 17-04-2025
21:21 / 17-04-2025
20:43 / 17-04-2025
20:30 / 17-04-2025
20:17 / 17-04-2025
19:49 / 17-04-2025
19:30 / 17-04-2025
19:19 / 17-04-2025
18:52 / 17-04-2025
18:30 / 17-04-2025
18:20 / 17-04-2025
17:48 / 17-04-2025
17:30 / 17-04-2025
17:19 / 17-04-2025
16:48 / 17-04-2025
16:17 / 17-04-2025
16:00 / 17-04-2025
15:46 / 17-04-2025
15:30 / 17-04-2025
15:17 / 17-04-2025
15:00 / 17-04-2025
14:22 / 17-04-2025
11:26 / 17-04-2025
11:08 / 17-04-2025
10:57 / 17-04-2025
10:53 / 17-04-2025
10:24 / 17-04-2025
Sahibkartv.az xəbər verir ki, Braziliya hökuməti 2025-ci ildən etibarən kənd yerlərində qadınların iqtisadi rolunu gücləndirmək üçün “Rural Women Power” adlı xüsusi fond yaradıb. Layihə qadın fermerlərin hüquqlarının qorunmasına, onların biznes imkanlarının genişləndirilməsinə və kənd təsərrüfatında iştirakının artırılmasına xidmət edəcək.
Fond çərçivəsində qadın fermerlərə müasir kənd təsərrüfatı texnikası, torpaq sahələri və dövlət subsidiyaları təqdim olunacaq. Əlavə olaraq, təlim proqramları, mentorluq dəstəyi və biznes layihələrinin maliyyələşdirilməsi imkanları da yaradılıb.
Braziliya Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, ilkin mərhələdə 500 milyon dollarlıq büdcə ayrılıb və proqram xüsusilə ölkənin şimal və şimal-şərq bölgələrində tətbiq olunacaq. Məqsəd kənd yerlərində yaşayan qadınların iqtisadi müstəqilliyini artırmaq, sosial rifahını yaxşılaşdırmaq və kənd təsərrüfatı məhsuldarlığını yüksəltməkdir.
Fond rəhbərliyinin verdiyi məlumata görə, 2028-ci ilə qədər 100 min qadın fermerin bu proqramdan yararlanması planlaşdırılır. Layihə eyni zamanda cinsi bərabərliyin təşviqi və qadınların kənd təsərrüfatında daha aktiv rol alması baxımından Braziliya üçün strateji əhəmiyyət daşıyır.
Bölməyə aid digər xəbərlər