Elektron Sığorta Bazarı AI ilə Yeni Standartlar Qazanır
18:20 / 29-04-2025
Yeni AI əsaslı “Təhsil Analitikası Platforması” Şagird Performansını Artırır
17:46 / 29-04-2025
AI əsaslı "Ağıllı Kəndlər" Layihəsi Rəqəmsal İnkiafa Yeni Səviyyə Gətirir
17:30 / 29-04-2025
Sahibkarlıqda "AI İnteqrasiya Məsləhətçiləri" Yeni Xidmət Sahəsi Yaratdı
17:17 / 29-04-2025
Turizm Sənayesində AI əsaslı "Şəxsi Təcrübə Dizaynı" Platforması Hazırlandı
16:18 / 29-04-2025
ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
15:30 / 29-04-2025
Startaplar üçün “Hüquqi AI Məsləhətçisi” İstifadəyə Verildi
15:17 / 29-04-2025
Kənd Təsərrüfatında AI əsaslı "Torpaq Sağlamlıq Analizi" Sistemi Hazırlandı
15:00 / 29-04-2025
Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
14:22 / 29-04-2025
Mayın 1-dən QÜVVƏYƏ MİNİR
14:00 / 29-04-2025
Ərdoğan İtaliyaya getdi
12:34 / 29-04-2025
Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
12:18 / 29-04-2025
Sökülən evlərə görə təzminat belə hesablanır
12:11 / 29-04-2025
Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
11:42 / 29-04-2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
11:36 / 29-04-2025
Bakı səfərindən paylaşım etdi - Foto
11:32 / 29-04-2025
Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
10:36 / 29-04-2025
Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
10:32 / 29-04-2025
İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
10:03 / 29-04-2025
Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
09:59 / 29-04-2025
ÇL-nin yarımfinal oyunu təxirə salına bilər
09:48 / 29-04-2025
İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
09:41 / 29-04-2025
Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
09:34 / 29-04-2025
Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
09:00 / 29-04-2025
Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
22:19 / 28-04-2025
Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir

ABŞ öz əsas hədəfinə – Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirtməyə çox yaxındır, ona görə də, Kremlin indiki “kapriz”ləri Ağ Evi Rusiyaya qarşı savaşda rəsmi Kiyevi əvvəlki kimi, hətta daha intensiz dəstəkləməyə də yönəldə bilər... Əgər, Tramp-Putin sövdələşməsi pozularsa, bu, son vaxtlar özünə inamı artmaqda olan Rusiyanın gələcək taleyini ümumiyyətlə, böyük risk altında buraxar və bu baxımdan, Kreml ABŞ-ın maraqlarına həssas yanaşmaq məcburiyyətindədir...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ Ukrayna savaşının dayandırılması ilə bağlı başladılmış prosesdə öz hədəfinə çatmağa çox yaxınlaşmış kimi görünür. Belə ki, Tramp administrasiyası üçün bu proses daha çox yüksəkgəlirli “hərbi biznes layinəsi” hesab oluna bilər. Çünki Ağ Ev Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyadan fantastik məbləğlərlə ifadə olunan qazancla çıxmağa can atır. Ukrayna və Rusiyadan hansı tərəfin daha çox qazanacağı və itirəcəyi isə Ağ Evdə heç kimi düşündürmür. Və bu baxımdan başladılmış prosesin inkişaf istiqamətləri də kifayət qədər müəmmalı xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılması ilə bağlı sülh sazişinin şərtləri hələlik yalnız Rusiya tərəfi ilə müzakirə olunub. Ağ Ev bu müzakirələrə savaşın ikinci tərəfi olan Ukraynanın və Rusiyaya qarşı sanksiyaların müəllifi Avropa Birliyinin qatılmasına imkan verməyib. Avropa Birliyinin bundan sonra da sülh prosesindən kənarda saxlanacağı qətiyyən istisna deyil. Və Ukraynaya gəldikdəsə, rəsmi Kiyevə tamamilə fərqli məzmunda müzakirələr təklif olunur.
Məsələ ondadır ki, Tramp administrasiyası hazırda rəsmi Kiyevlə yalnız Ukraynanın təbii sərvətlərinin istismarının ABŞ-a verilməsini müzakirə etməklə, kifayətlənmək niyyətindədir. Rusiya ilə savaş isə bu məsələdə Ukraynaya qarşı təzyiq və şantaj faktoru kimi istifadə olunur. Yəni, Ağ Ev Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı sənədin imzalanmayacağı təqdirdə, rəsmi Kiyevə bütün dəstəyi kəsməklə, Zelenski hakimiyyətinə sərt təzyiq edir. Və ABŞ-ın dəstəyi olmadan Rusiyanın qarşısında uzun müddət davam gətirməyin qeyri-real olduğunu anlayan rəsmi Kiyev məcburiyyət qarşısında Ağ Evin istəkləri razılaşmaq üzrədir.
Maraqlıdır ki, “Oval kabinet qalmaqalı”ndan sonra ABŞ-Ukrayna münasibətləri qopma həddinə qədər korlanmışdı. Ancaq ondan sonrakı dövrdə Ağ Evin sərt təzyiqləri qarşısında çətin duruma düşən rəsmi Kiyev nəhayət ki, Ukraynanın təbii sərvətlərinin istismarını ABŞ-a vermək üzrədir. Səudiyyə Ərəbistanında keçirilmiş səkkiz saat davam etmiş son ABŞ-Ukrayna görüşündən Ağ Ev rəsmiləri olduqca məmnun ayrılıblar. Hətta həmin görüşdən dərhal sonra ABŞ-ın Ukraynaya bütün istiqamətlər üzrə dəstəyi yenidən bərpa olunub. Və ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini ən yaxın vaxtlarda yenidən Ağ Evə dəvət etmək niyyətindədir.
Bəzi məlimatlara görə, rəsmi Kiyev prezident Volodimir Zelenskinin ABŞ-a növbəti səfərindən öncə müəyyən şərtlərin qəbul edilməsində israrlı mövqe tutur. Belə ki, Zelenski hakimiyyəti Ukraynanın təbii sərvətlərinin istismarını ABŞ-a verməyə demək olar, razılaşıb. Ancaq rəsmi Kiyev bunun əvəzində ABŞ-dan Ukraynaya təhlükəsizlik təminatı verilməsini də tələb edir. Və bu, olduqca ciddi “siyasi bazarlığın” mövcudluğundan xəbər verir.
Təbii ki, hadisələrin belə inkişafı Kremldə müəyyən narahatlıqlara yol açmağa başlayıb. Böyük ehtimalla ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatı verməsi barədə müzakirələrin ön plana keçməsi Tramp-Putin sövdələşməsinə zidd xarakter daşıyır. Ona görə də, Rusiya siyasi dairələri bunu yolverilməz hesab edirlər. Və üstüörtülü şəkildə Ağ Evə Ukrayna ilə bağlı belə öhdəliklərin götürülməsindən yayınmağın vacibliyi barədə mesajlar verilir.
Digər tərəfdən, Kreml ABŞ-Ukrayna danışıqlarında razılaşdırılmış 30 günlük atəşkəs təklifinə ehtiyatla yanaşdığını da qətiyyən gizlətmir. Rusiya əvvəlcə atəşkəsin şərtlərini ayrıca müzakirə edərək, müəyyən zəmanətlər almaq niyyətində olduğunu qabardır. Bəzi iddialara görə, prezident Vladimir Putini sülh sazişi imzalanmadan müvəqqəti atəşkəsə razılaşdırmaq qətiyyən asan olmayacaq. Çünki Kreml sahibi hazırda Rusiyanın öz güclü mövqeyi ilə hərbi-siyasi təşəbbüsü ələ keçirdiyi qənaətindədir.
Hətta Kremlə yaxın bəzi siyasi dairələr 30 günlük atəşkəs təklifini Rusiyaya qarşı “tələ qurmaq” cəhdi kimi qəbul edirlər. Ona görə də, prezident Vladimir Putinə konkret zəmanətlər almadan müharibənin dayandırılmasının yolverilməz olması barədə mesajlar ötürürlər. Eyni zamanda, ABŞ-ın Ukraynaya hərbi yardımları və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsini nəzərə alan Kremldə atəşkəsin Rusiya üçün riskli addım ola biləcəyi ilə bağlı qənaət daha ön plana keçməkdədir. Və Rusiya Xarici İşlər Nazirliyi Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların deyil, məhz Kremlin verdiyi hərbi-siyasi qərarların daha həlledici önəm daşıdığını vurğulayıb.
Belə anlaşılır ki, Kreml ABŞ və Ukrayna arasında aparılan danışıqların nəticələrinin sülh prosesinə təsirini yaxına buraxmaq niyyətində deyil. Yəni, Kreml Tramp-Putin sövdələşməsindən kənarda olan heç bir anlaşmanı tanımayacağını qabartmağa çalışır. Əgər, Kreml bu mövqeyində israrlı olarsa, Ağ Ev isə Ukraynanın təbii sərvətlərinin istismar hüquqları qarşılığında rəsmi Kiyevə təhlükəsizlik təminatı verərsə, Tramp-Putin sövdələşməsi ümumiyyətlə, ciddi risk altına düşə bilər. Və hətta onun tamamilə pozulma ehtimalı da qətiyyən istisna deyil.
Göründüyü kimi, Ukrayna savaşının dayandırılması ilə bağlı sülh danışıqları prosesi dalana dirənmək təhlükəsinə çox yaxındır. ABŞ öz istədiyini almaq – Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirtmək üzrədir. Ona görə də, Kremlin “kapriz”ləri Ağ Evi Rusiyaya qarşı savaşda Ukraynanı əvvəlki kimi, hətta daha intensiz dəstəkləməyə də yönəldə bilər. Hər halda, Tramp-Putin sövdələşməsi pozularsa, bu, son vaxtlar özünə inamı artmaqda olan Rusiyanın gələcək taleyini ümumiyyətlə, böyük risk altında buraxa bilər. Və bu baxımdan, Rusiyanın “kaprizli” davranmaq əvəzinə ABŞ-ın maraqlarına həssas yanaşmaq məcburiyyətində qala biləcəyi indi daha inandırıcı görünür.
Bölməyə aid digər xəbərlər

Tarix: 13-03-2025, 09:00 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
7-03-2025, 09:00
Tramp Putini də aldadır, savaş davam edəcək: ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirtsə...
4-03-2025, 09:16
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı: Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi
27-02-2025, 09:09
Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi
17-02-2025, 09:00
Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb
11-02-2025, 09:00
Kremlin Bakıya “zərbə planı” boşa çıxır: Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır
8-02-2025, 10:17
İrəvan xəyanət etsə də, Kreml məhz Bakıya hücuma keçib: Rusiya imperializmi yenidən real təhlükəyə çevrilir
3-02-2025, 09:00
Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib
30-01-2025, 09:00
Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
18-11-2024, 09:16
Tramp Putini qlobal izolyasiyadan çıxarır: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi savaş açır
21-10-2024, 09:00
Fransa Ukraynanın dağıdılmasını dəstəklədi: "Zelenski planı" qlobal fəlakət ssenarisinə çevrilir
7-10-2024, 09:00
NATO-nun keçmiş baş katibi Ukraynanı məhv edəcək planı açıqladı: Qərb Rusiya ilə "bazarlığa" başlayıb
3-10-2024, 09:00
Kreml Kiyevi Yaxın Şərq üzərindən “vurur”: Ukrayna Rusiya qarşısında təklənmək üzrədir
28-08-2024, 10:06
Zelenski: Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticə verdi
5-07-2024, 17:38
Prezident Ərdoğan Qazaxıstandan qayıtdıqdan sonra danışdı: Putinlə Əsədi dəvət edə bilərik
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
22-02-2022, 09:04
Qlobal bazarlarda yüksək gərginlik - QIZIL VƏ NEFT BAHALAŞIB
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək