Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zelenskidən ilk açıqlama: Trampdan üzr istəməyəcəyəm

Baxış: 228
Zelenskidən ilk açıqlama: Trampdan üzr istəməyəcəyəm


"Mən prezidentə hörmət edirəm və Amerika xalqına hörmət edirəm. Düşünmürəm ki, biz səhv bir şey etməmişik".

Bunu Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla mübahisədən sonra “Fox News”a müsahibəsində Trampdan üzr istəməyi planlaşdırıb-istəmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

 Tramp və Venslə mübahisəyə görə peşman olub-olmaması ilə bağlı suala gəldikdə Zelenski  etiraf edib ki,  heç də çox yaxşı olmadı.
 Amma o  eyni zamanda  vurğulayıb ki, onun Trampla münasibəti iki prezident arasındakı münasibətdən yüksək olmalıdır, çünki bu, xalqlarımız arasındakı münasibətlər məsələsidir.
İndi Ağ Evə qayıtmağa hazır olub-olmadığına gəldikdə  Zelenski “Xeyr” cavabını verib.

"Mən Trampa və ABŞ xalqına köməyə görə minnətdaram. Siz bizə sağ qalmağımıza kömək etdiniz. ABŞ-ın dəstəyi olmadan bizim üçün çətin olacaq. Ona görə də buradayam", - Zelenski deyib.

Ukrayna prezidenti Ağ Evdəki mübahisəyə görə  özünü təqsirli hesab etmədiyini də bildirib.
Zelenski  müzakirələrin çox həssas  bir məsələ olduğunu və amerikalı həmkarları ilə danışarkən sadəcə dürüst olmaq istədiyini qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.