Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daşkənddən Kazana uçan təyyarə PUA hücumu təhlükəsi ilə üzləşib

Baxış: 174
Daşkənddən Kazana uçan təyyarə PUA hücumu təhlükəsi ilə üzləşib


Rusiyanın “Red Wings” aviaşirkətinin Daşkənd-Kazan marşrutu üzrə RWZ1512 nömrəli reysini yerinə yetirən təyyarəsi pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsinə görə təyinat məntəqəsində eniş edə bilməyib.
Sahibkartv.az Report-a istinadən xəbər verir ki, Daşkənd vaxtı ilə saat 10:25-ə olan məlumata görə, təyyarə Samara istiqamətində hərəkət edib.
"Kazanda bir neçə partlayış səsi eşidilib. Pilotsuz təyyarələrin müəssisələrdən birinə hücum etməyə cəhd göstərdiyi bildirilir. Daha sonra Tatarıstan hakimiyyəti PUA hücumunun uğurla dəf edildiyini açıqlayıb. Xəsarət alanlar və dağıntılar qeydə alınmayıb", - məlumatda bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.