Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trampdan atəşkəs açıqlaması

Baxış: 160
Trampdan atəşkəs açıqlaması


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsini alqışlayıb.

 Donald Tramp bununla bağlı açıqlama yayıb: "Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub (Qəzzada atəşkəs). Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm".

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS-la əldə olunana razılşamaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək göstərdiyi dəstəyə görə, ona təşəkkürünü bildirib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir ABŞ-nin yeni seçilmiş prezidenti Trampa Qəzzada saxlanılan yəhudi girovların azad edilməsində göstərdiyi köməyə və İsrailə onlarla girov və onların ailələrinin iztirablarına son qoymasına kömək etdiyinə görə təşəkkür edib", -  məlumatda deyilir. 

Netanyahu eyni zamanda ABŞ-nin hazırkı prezidenti Co Baydenə telefonla zəng edərək, ona girovlarla bağlı razılaşmanı təşviq etdiyinə görə təşəkkür edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.