Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trampın hotelinin yaxınlığında partlayış törədən şəxsin kimliyi MƏLUM OLDU

Baxış: 215
Trampın hotelinin yaxınlığında partlayış törədən şəxsin kimliyi MƏLUM OLDU


ABŞ polisi Las-Veqasda Trampın hotelinin yaxınlığında "Tesla Cybertruck" markalı avtomobilin partlayışı ilə bağlı şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.
Sahibkartv.az-ın xəbərinə görə, bu barədə KTNV-TV telekanalı mənbələrə istinadən məlumat verib.
"Müstəntiqlər şübhəlinin 37 yaşlı Metyu Livelsberqer olduğunu müəyyən ediblər", - deyə telekanalın məlumatında bildirilib.
Həmçinin Livelsberqerin ABŞ ordusunda xidmət etdiyi qeyd edilib.
Məlumata görə, Federal Təhqiqatlar Bürosunun müstəntiqləri Alkoqol, tütün, odlu silahlar və partlayıcılar Bürosunun (ATF) üzvləri ilə birlikdə şübhəlinin yaşadığı evlərdən birində axtarış aparırlar.//Oxu.az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.