Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zaxarova məsuliyyəti ABŞ-nin boynuna qoydu

Baxış: 220
Zaxarova məsuliyyəti ABŞ-nin boynuna qoydu


Rusiya enerjisinin tədarükünün dayandırılması Avropanın iqtisadi potensialını zəiflətməklə yanaşı, Avropa vətəndaşlarının həyat səviyyəsinə də çox mənfi təsir göstərir.

Sahibkartv.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirilib.
M. Zaxarovanın sözlərinə görə, köhnə qitənin enerji bazarının yenidən bölüşdürülməsinin əsas benefisiarı və Ukrayna böhranının əsas sponsoru ABŞ-dir: "Onun yırtıcı strategiyasının ilk qurbanı artıq Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya olub, hansı ki, “Şimal axını” və “Şimal axını 2” qaz boru kəmərlərinin partlamasından sonra təbii qazı xeyli yüksək qiymətlərlə almaq və bir sıra ən böyük sənayelərini ixtisar etmək məcburiyyətində qalıb.
İndi əvvəllər iqtisadi cəhətdən uğurlu və müstəqil Avropa İttifaqının digər ölkələri Amerikanın himayəsinə görə öz qiymətini ödəməli olacaqlar.
Zaxarova bildirib ki, Rusiya qazının tədarükünün dayandırılmasına görə məsuliyyət tamamilə ABŞ-nin, Ukraynanın, eləcə də Amerika iqtisadiyyatına maddi dəstək naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin hakimiyyət orqanlarının üzərinə düşür.(YeniSabah)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.