Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Generalın ölümünə görə iki nəfər saxlanılıb

Baxış: 172
Generalın ölümünə görə iki nəfər saxlanılıb


FSB Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun qətli işi üzrə 29 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığını elan edib.

Bu barədə FTX-nin (FSB) yaydığı bəyanatda deyilir.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı müəyyən edilərək saxlanılıb”, - bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin saxlanılan şəxs hadisəni Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını da etiraf edib.

“Rusiya hərbçisinin qətlini törətdiyinə görə Özbəkistan vətəndaşına Ukrayna xüsusi təyinatlısı tərəfindən 100 min ABŞ dolları məbləğində mükafat və Avropa İttifaqı ölkələrindən birinə yaşamaq üçün getmək vəd edilib”, -  FTX-nin yaydığı məlumatda deyilir.

FTX onu da bildirib ki, saxlanılan şəxsi ömürlük həbsə qədər cəza gözləyir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.