Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hələb qalasına Türk bayrağı asıldı

Baxış: 186
Hələb qalasına Türk bayrağı asıldı

Suriyada Əsəd rejiminə qarşı müxaliflərin  Hələb şəhərini  ələ keçirməsindən 76 il sonra  bir ilk hadisə baş verib.

Müxaliflər Hələbdə nəzarəti ələ keçirdikdən sonra  Hələb qalasında Türkiyə bayrağı dalğalandırılıb.  Türkiyə bayrağı sonuncu dəfə Hələb qalasında 1948-ci ildə asılıb.
"76 il  əvvəl 1948-ci ildə  Türkiyəyə qoşulmağı tələb edən Hələblilər əllərində türk bayraqları ilə şəhərin küçələrində yürüş keçiriblər.
Hələblilər Hələb qalasına qalxaraq Türkiyə bayrağını dalğalandıraraq “Bizi rahat yaşada bilən ancaq Türkiyə rəhbərliyi ola bilər” kimi şüarlar səsləndiriblər.
Təxminən 400 il Osmanlı himayəsində qalan şəhərin ən böyük simvollarından biri olan Hələb qalasında bu gün Türkiyə bayrağı dalğalanıb", - Türkiyə mediası yazır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.