Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər

Baxış: 176
“Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər


“Volkswagen” avtomobil konserninin işçiləri Almaniyada iş yerlərinin ixtisarına qarşı bazar ertəsi, dekabrın 2-də tətil edəcəklər.

“Report” xəbər verir ki, bu barədə “IG Metall” sənaye həmkarlar ittifaqının Aşağı Saksoniyadakı nümayəndəsi Torsten Qröqer məlumat verib.

“Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri olacaq”, - deyə o qeyd edib. Torsten Qröqer əlavə məlumat verməyib.

Almaniyanın “Volkswagen” avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir. Almaniyada şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.​​​​

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.