Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğandan İslam dünyasına çağırış

Baxış: 175
Ərdoğandan İslam dünyasına çağırış


Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında baş verən qırğınlar zamanı İslam ölkələrinin birlikdə hərəkət etmələrinin və güc birləşmələrinin nə qədər vacib olduğunu bir daha müşahidə etdik. 
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyə Diyanət Vəqfi və "Al Khair" Vəqfi tərəfindən təşkil edilən “Qəzzanın Gələcəyi” adlı Beynəlxalq Humanitar Yardım Zirvə iştirakçılarına müraciətində deyilir.
"Türkiyə olaraq bu hücumlar qarşısında fələstinli qardaşlarımızla tam həmrəyik. Son bir ildir ki, biz xüsusilə Qəzza və Livandakı qardaşlarımıza dəstək olmağa çalışırıq. Göndərdiyimiz yardım miqdarı 86 min tonu keçən Fələstinə ən çox dəstək verən ölkələrdən biriyik. Biz diplomatik təmaslarımızı davam etdiririk ki, İslam ölkələri Qəzzadakı zülmə qarşı birgə cavab versin və birgə hərəkətə keçsinlər", - Ərdoğanın müraciətində deyilir. 
Türkiyə prezidenti əlavə edib ki, Fələstində işğal və qırğın bitənə və 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövləti qurulana qədər mübarizəni davam etdirəcəklər: "Beynəlxalq humanitar yardım sammitinin bu mübarizədə bizə dəstək olacağına inanıram".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.