Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tehran rejimi geri çəkilir - KİV

Baxış: 158
Tehran rejimi geri çəkilir - KİV


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Şurası bu həftə Qərbin anti-İran xarakterli qətnaməsini qəbul etməsə, rəsmi Tehran 60 %-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını daha da zənginləşdirilməsindən imtina edə bilər.

Bu barədə “Reuters” agentiyi təşkilatın hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, İran zənginləşdirməni dayandırmaq üçün artıq hazırlıq addımları atıb.

Qeyd edək ki, avqust ayından etibarən 60 %-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) ehtiyatları 164,7 kq-dan 182,3 kq-a yüksəlib. BAEA isə hesab edir ki, 60 %-ə qədər zənginləşdirilmiş 42 kq uran nəzəri cəhətdən daha zənginləşdirilməklə nüvə bombası yaratmaq üçün kifayətdir.

Agentlik bildirir ki, rəsmi Tehran həmçinin BAEA-nın əlavə dörd müfəttişinin ölkəyə buraxılması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi BAEA İdarə Şurasının Tehranın düşmənçiliklə hazırlanmış hesab edəcəyi qətnamə qəbul etməsinə cavab olaraq ölkəsinin müvafiq tədbirlər görəcəyini açıqlamışdı.(Report)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.