Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail Beyrutda "Hizbullah"ın qalasını vurdu - O dəhşətli anların anbaan videosu

Baxış: 157
İsrail Beyrutda "Hizbullah"ın qalasını vurdu - O dəhşətli anların anbaan videosu


İsrail "Hizbullah"ın qalası kimi tanınan Dahiyədəki Qubeyri və Burj əl-Baracine bölgələrini hədəf alıb.

Bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.  

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Burj əl-Bərəcnə, Hadath, Haret Hreik və Tayuneh ərazilərini vurub. Tayunehdə vurulan bina dağıdılıb. 

İsrail Ordusunun sözçüsü Aviçay Adraenin sözlərinə görə, şiddətli hücumlardan sonra ərazini toz və tüstü buludları bürüyüb. Qubeyri bölgəsinə isə ilk mərhələdə  PUA və qırıcı təyyarə ilə  3 hava hücumu həyata keçirilib.   Nəticədə Qubeyri bələdiyyəsi yaxınlığındakı bina dağlıb. 
Verilən xəbərə görə, hücumdan öncə "Hizbullah"  üzvləri və Qubeyri sakinləri  təhlükəsiz əraziyə  köçmələri barədə xəbərdarlıq edilib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.