Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrailli nazirdən "Böyük İsrail" açıqlaması: Belə yəhudi dövləti istəyirik

Baxış: 199
İsrailli nazirdən "Böyük İsrail" açıqlaması: Belə yəhudi dövləti istəyirik


İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaq”larda yəhudi dövlətini qurmaq niyyətində olduqlarını açıq şəkildə bəyan edib.

 Smotriç paylaşdığı videoda yəhudi dövləti istədiyini və bu dövlətin yəhudi xalqının dəyərlərinə uyğun hərəkət edəcək bir dövlət olacağını bildirib. İsrailin sərhədlərinin dənizdən başlayıb çayda bitdiyini qeyd edən  nazir gələcəkdə Qüdsün Şama qədər genişlənəcəyini iddia edib.

Nazir İsrailin Yaxın Şərqə hücumlarının səbəbini bu cür ifadə edib: "Mən çox açıq şəkildə deyirəm ki, biz İordaniya, Səudiyyə Ərəbistanı, Misir, İraq, Suriya və Livanın daxil olduğu bir yəhudi dövləti istəyirik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.