Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrailin Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 43 fələstinli həyatını itirib

Baxış: 252
Qəzza zolağındakı Mülki Müdafiə Müdirliyindən verilən açıqlamaya görə, İsrail sentyabrın 21-i şənbə səhərindən Qəzza zolağına çoxlu hücumlar həyata keçirib.

Hücumlarda 14-ü uşaq, 5-i qadın olmaqla 43 fələstinli həyatını itirib, 9-u uşaq olmaqla ən azı 30 nəfər yaralanıb.

İsrailin Rəfah şəhərindəki dərman anbarını hədəf alması nəticəsində Səhiyyə Nazirliyinin 4 əməkdaşı həlak olub.

Fələstinin səhiyyə naziri Məcid Əbu Ramazan İsrailin oktyabrın 7-dən bəri Qəzza zolağına etdiyi hücumlarda həlak olan tibb işçilərinin sayının 990-ı keçdiyini açıqlayıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 391 fələstinli həyatını itirib, 95 min 760 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.