Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Budapeşt su altındadır!

Baxış: 176
Macarıstanın paytaxtı Budapeştdəki tarixi parlament binası Avropada leysan yağışların yaratdığı seldən zərər çəkib.

AA-nın xəbərinə görə, sosial mediada paylaşılan görüntülərdə Budapeştdən keçən Dunay çayının daşdığı və tarixi Macarıstan Parlament Binasının girişini su basdığı görülüb.


Güclü yağışlar nəticəsində daşmış Dunay çayının debisinin sabah ən yüksək həddə çatacağı gözlənilir.


Güclü yağışlar nəticəsində Dunay çayının daşdığı və bunun Slovakiyanın paytaxtı Bratislava da təsirləndiyi bildirilib.


Polşanın cənubunda Nisa Klodzka çayının daşması nəticəsində baş verən daşqın səbəbindən Levin Bjeski qəsəbəsində vətəndaşlar təhlükəsizlik qüvvələri tərəfindən təxliyə edilib.


Daşqınların təsirli olduğu Avstriya və Çexiyada axtarış, xilasetmə və təxliyyə işlərinin davam etdiyi bildirilib.


Digər tərəfdən Rumıniya, Çexiya, Polşa, Avstriya, Macarıstan, Slovakiya və İtaliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.