Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İraqın müdafiə naziri ABŞ qüvvələrinin 2 il ərzində İraqdan çəkiləcəyini açıqlayıb

Baxış: 218
İraqın müdafiə naziri Sabit Abbasi Amerika əsgərlərinin iki il ərzində İraqdan çıxarılması üçün Vaşinqtonla razılaşdıqlarını bildirib.

Abbasi Əl-Ərəbiyyə Əl-Hədas telekanalına müsahibəsində ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsinə toxunub.

ABŞ əsgərlərinin 2 il ərzində İraqdan çəkiləcəyini bildirən Abbasi, "ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasını iki mərhələdə bitirmək üçün razılaşma əldə edildi. İlk geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələsi 2026-cı ildə başa çatacaq”. dedi.

Abbasi həmçinin qeyd edib ki, ABŞ Müdafiə Naziri Lloyd Austin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyinə inandığını və bir il əlavə edilməsini istəyib, lakin Bağdad bu müddəti 2 ildən çox uzatmaqdan imtina edib.

İraqın müdafiə naziri Abbasi əlavə edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.