Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fövqəladə xəbərdarlıq edilib: Yaponiyada "Şanşan" qasırğası nəticəsində 3 nəfər ölüb

Baxış: 204
Yaponiyada təsirli olan “Şanşan” qasırğasının törətdiyi güclü yağış və torpaq sürüşməsi nəticəsində ilkin hesablamalara görə 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

Kyodo News-un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) rəsmiləri Şanşan qasırğasının ölkənin cənubunda təsirli olduğunu bildirib.

Səlahiyyətlilər, güclü yağış və küləyin təsirli olduğu Kaqosima, Kumamoto və Miyazaki əyalətlərində ilkin məlumatlara görə, 40 nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilər tayfun səbəbiylə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfərin həyatını itirdiyini açıqlayıb və bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər bəzi bölgələrdə qatar xidmətlərinin və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.

JMA dünən Şanşan tayfunu səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və tayfunun sürətinin saatda 250 kilometrə çatdığı təxmin edildiyini açıqlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.