Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Latviyanın müdafiə naziri Spruds: Qadınlar üçün məcburi hərbi xidmət tətbiq edilməlidir

Baxış: 210
Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, qadınlar üçün məcburi hərbi xidmət tətbiq edilməlidir.

Spruds bu gün X sosial media platformasında verdiyi açıqlamada bu addım üçün ən yaxşı vaxtın 2028-ci il ola biləcəyini bildirib. Müdafiə naziri bu gün Latviya mətbuatında dərc olunan müsahibəsində də qadınları məcburi hərbi xidmətə çağırıb.

Sprüds məcburi hərbi xidmətin qadınları da əhatə edəcək şəkildə genişləndirilməsinin “bu gün və ya sabah” olmayacağını vurğulayaraq, bu yolda siyasi və texniki maneələrin olduğunu vurğulayıb.

Latviyanın müdafiə naziri “2028-ci ilə qədər bu məsələ ictimai müzakirə edilməli, hərbi infrastruktur yaxşılaşdırılmalı, qadınlar üçün xüsusi material və texnika ilə təmin olunmalıdır” deyib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropa ölkələri müdafiə bacarıqlarının gücləndirilməsini sürətləndirdi. Qadınları orduya cəlb etmək planlarını açıqlayan Danimarka Norveç və İsveçlə birlikdə bunu edən üçüncü Avropa ölkəsi olmaq yolunda idi.

NATO ölkəsi olan Latviya da Rusiya-Ukrayna müharibəsindən sonra məcburi hərbi xidməti bərpa edib. Baltikyanı ölkə 2028-ci ilə qədər əsgərlərinin sayını 4 minə çatdırmağı hədəfləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.