Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İslandiyada buz mağarası çöküb: 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb

Baxış: 245
İslandiyanın cənubunda Breidamerkurjokull buzlaqının çökməsi nəticəsində bir turist ölüb, iki turist isə yaralanıb. Müxtəlif millətlərdən olan təxminən 25 xarici turistin yaşadığı qəzanın ardından bölgəyə polis və təcili yardım maşınları sövq edilib.

İki nəfərin ağır yaralandığı, bir turistin hadisə yerində öldüyü, digərinin isə helikopterlə paytaxt xəstəxanasına çatdırıldığı, vəziyyətinin stabil olduğu bildirilib.

Günorta və axşam saatlarında çoxlu xilasedicilər itkin düşən iki şəxsi axtararkən, polis təhlükəli şərait səbəbindən əməliyyatın hava qaraldıqdan sonra dayandırıldığını, lakin səhər saatlarında davam etdiriləcəyini bildirib.

İslandiya mediası ölkənin sahil mühafizəsindən iki helikopterin göndərildiyini, hadisə yerinə təcili yardım və polisin də cəlb edildiyini bildirib.

Lakin İslandiyanın ictimai yayımı RUV bildirdi ki, buzlağa avadanlıq və personalın daşınması səyləri relyefin əngəlli olması səbəbindən çətin olub və buzun kəsilməsi əsasən zəncir mişarları ilə əl ilə edilib.

Yerli xəbər saytı Visir, qrupun buz mağarası turunda olduğunu və onu bələdçinin müşayiət etdiyini, lakin mağara çökən zaman insanların çoxunun kənarda olduğunu söylədi.

Hadisənin baş verdiyi buzlaq İslandiyanın ən məşhur turistik yerlərindən biri olan Cokulsarlon buzlaq laqununun yaxınlığında yerləşir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.