Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya prezidenti Putin Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Baxış: 220
Kremldən verilən məlumata görə, Putin Paşinyanla telefon danışığında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı fikir mübadiləsi aparıb, Bakıya rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşə diqqət çəkib.

Görüşdə Rusiyanın Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin müəyyən edilməsi və cızılması prosesini dəstəkləmək, nəqliyyat və logistika əlaqələrinə maneələrin aradan qaldırılmasında bundan sonra da yardım göstərməyə hazır olduğu vurğulanıb.

Putin və Paşinyan iki ölkə arasında ticarət-iqtisadi qarşılıqlı əlaqələrin müsbət dinamikasına da diqqət çəkiblər.

Liderlərin görüşündə təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.