Yaponiya dövlət televiziyası NHK-nin xəbərinə görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) səlahiyyətliləri, ölkənin Sakit okean sahillərində baş verə biləcək "böyük zəlzələ" üçün verilən xəbərdarlığın etibarlı olduğunu açıqlayıb.
İndiyədək yer qabığının gərginliyində qeyri-müntəzəm dəyişikliyin müşahidə olunmadığını bildirən səlahiyyətlilər, 29 ştatda 707 bələdiyyədən ola biləcək fəlakətə hazırlıqlarını yoxlamalarını istəyib.
Səlahiyyətlilər Nankai Riftində güclü zəlzələ ehtimalının normadan yüksək olduğuna diqqət çəkib.
Avqustun 8-də ölkədə Miyazaki əyalətinin sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələdən bir neçə saat sonra JMA, Sakit Okeandakı Nankai yarığı ətrafında baş verən "böyük zəlzələ" ehtimalının normadan yüksək olduğunu açıqladı.





































