Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yunan aviaşirkətləri Aegean Tel-Əvivə uçuşları dayandırmaq qərarını uzadıb

Baxış: 242
Şirkətin açıqlamasında bildirilir ki, Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar olaraq Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşların dayandırılması tarixi uzadılıb.

Bu kontekstdə təhlükəsizlik səbəbiylə Tel-Əvivə bütün uçuşların avqustun 6-dək dayandırılması ilə bağlı daha əvvəl açıqlanan qərarın 8 avqusta qədər uzadıldığı bildirilib.

Açıqlamada Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanına uçuşların dayandırılması qərarının avqustun 8-dək davam etdiyi, Əmmandakı Kraliça Əliyə Beynəlxalq Hava Limanına bütün uçuşların da eyni tarixə qədər dayandırıldığı bildirilib.

Açıqlamada bildirilib ki, uçuşları ləğv edilən sərnişinlər yenidən bron edə və ya pulun geri qaytarılmasını tələb edə bilərlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.