Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı vətəndaşlarını “böhranla mübarizə planı” hazırlamağa çağırıb.

Baxış: 277
ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı ABŞ vətəndaşlarını mümkün münaqişələrə qarşı “böhran fəaliyyət planı” yaratmağa və “uzun müddət ərzində yerində qalmağa” hazırlaşmağa çağırıb.

Səfirliyin sosial media hesabında yayımlanan videomüraciətdə ABŞ vətəndaşları üçün Livana səyahət xəbərdarlığı edilib.

Bir çox ölkədən “Livanı tərk edin” çağırışı
Bir çox ölkədən “Livanı tərk edin” çağırışı
Ölkədə qalan ABŞ vətəndaşlarının qohumlarından Livana səfər planlarını yenidən nəzərdən keçirmələri istənilib.

Bəyanatda həmçinin Livandakı ABŞ vətəndaşlarını “böhranla mübarizə planı” yaratmağa və “uzun müddət yerlərdə qalmağa” hazırlaşmağa çağırıb.

İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına atılan raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.

Bir çox ölkə İsrail ordusunun mümkün hücumu təhlükəsi səbəbilə Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.