Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarında 370 min dekardan çox ərazi yanıb

Baxış: 315
CNN-in məlumatına görə, iyulun 24-də Kaliforniyanın şimalındakı Çiko şəhəri yaxınlığında başlayan meşə yanğınları davam edir.

Çiko şəhərinin şərqində baş verən “Park yanğını” nəticəsində 370 min hektardan çox meşə sahəsi yanaraq kül olub.

Park yanğını "Kaliforniya ştatında 6-cı ən böyük yanğın" olaraq qeyd edildi.

Çoxlu tikililəri məhv edən və minlərlə insanın bölgədən təxliyə edilməsinə səbəb olan yanğınların yalnız 12 faizi nəzarət altına alınıb.

CBS News-un məlumatına görə, Ronnie Dean Stout adlı şəxs "Kaliforniya ştatında yanan avtomobili qurumuş kollarla dolu çuxura itələyərək qəsdən yanğınlar törətdiyi" iddiası ilə məhkəmə qarşısına çıxıb.

Yanğın törətməkdə ittiham olunan Stout ilk iclasda etiraf etməyib və ikinci iclası cümə axşamı gününə təxirə salınıb.

Məlum olub ki, Stoutun cinayəti var və bundan əvvəl iki dəfə həbsxanada olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.