Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cənubi Koreyada fabrikdə baş verən yanğında 20 nəfər ölüb

Baxış: 303
 
Cənubi Koreyanın paytaxtı Seulun cənubunda litium akkumulyator zavodunda baş verən yanğında ilkin məlumatlara görə 20 nəfər həyatını itirib.

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı litium akkumulyator fabrikində baş verən yanğında ilkin tapıntılara görə 20 nəfər ölüb, ölən işçilərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Yonhap xəbərlərinə görə, Seulun cənubundakı Hvason şəhərində “Aricell” adlı litium batareya istehsal edən fabrikdə baş verən yanğına yanğınsöndürmə briqadası müdaxilə edib.

Hwaseong yanğınsöndürmə briqadasının verdiyi açıqlamada, yanğının fabrikdə 35 mindən çox akkumulyatorun səbəb olduğu partlayışlar səbəbindən qısa müddətdə böyüdüyü ifadə edildi.


Alovlara müdaxilə etmək üçün bölgəyə 50 yanğınsöndürən maşını və 150 canlı qüvvənin göndərildiyi qeyd edilərkən, davam edən partlayışların söndürmə işlərini çətinləşdirdiyi bildirilib.

Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.