Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Həcc zamanı isti havalar can verdi: 14 İordaniya vətəndaşı həyatını itirdi

Baxış: 322

 
Bu il Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda 2 milyondan çox müsəlman zəvvar olub. İsti havaların təsirli olduğu Səudiyyə Ərəbistanında ən azı 14 İordaniya vətəndaşı istilər nəticəsində dünyasını dəyişib.
Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən azı 14 İordaniya vətəndaşı istidən ölüb.

Həyatını itirən iordaniyalı zəvvarların sayının 14-ə yüksəldiyi, 17 nəfərin isə itkin düşdüyü bildirilib.

İordaniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.

Nazirliyin açıqlamasında, müqəddəs torpaqlarda həyatını itirən iordaniyalı zəvvarların sayının 14-ə yüksəldiyi, 17 nəfərin isə itkin düşdüyü bildirilib.

Açıqlamada, İordaniyanın Ciddədəki Konsulluğunun “mərhum zəvvarların dəfni və bunu etmək istəyən ailələrin yaxınlarının qalıqlarının ən qısa zamanda İordaniyaya təhvil verilməsi ilə bağlı prosedurlara” əməl etdiyi bildirilib. Səudiyyə səlahiyyətliləri, itkin düşən 17 adamın axtarışlarının davam etdiyini bildirib.

Açıqlamada ölən və itkin düşənlərin İordaniyanın rəsmi həcc heyətinin xaricindən olduğu bildirilsə də, bu şəxslərin ölüm səbəbləri ilə bağlı məlumat verilməyib.

Bu il Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində havanın temperaturu mövsümi normadan 1,5-2 dərəcə yüksəkdir.


Bu gün Məkkədə havanın temperaturunun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.