Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Boeing-in Starliner servisinin və iki NASA astronavtının Yerə qayıdışı yenidən təxirə salındı

Baxış: 322

İki NASA astronavtını daşıyan Boeing-in Starliner servisinin Yerə qayıdışı ikinci dəfə təxirə salındı və geri dönüş tarixi ən tez 22 iyun olaraq təyin edildi.

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) internet saytında edilən açıqlamada, iyunun 5-də Yer kürəsini tərk edən Starliner şatlının və heyətinin geri dönüş tarixinin yenidən təxirə salındığı bildirilib.


Qeyd olunub ki, “Starliner” komandası Butch Wilmore və Suni Williams Beynəlxalq Kosmik Stansiyada (BKS) şatlın hərəkət mexanizmini və lyuk əməliyyatlarını sınaqdan keçirəcək, həmçinin fövqəladə hallarda istifadə olunacaq kapsulun hazırlanması üçün təlimlər keçirəcək.

Bundan əlavə, komandanın Yerə qayıtma tarixi ən erkən iyunun 22-si olaraq müəyyən edilib. İyunun 18-də keçiriləcək mətbuat konfransında mövzu ilə bağlı təfərrüatların NASA və Boeing səlahiyyətliləri tərəfindən veriləcəyi bildirilib.

İki təxirə salınmadan sonra Boeing iyunun 5-də ilk dəfə olaraq iki NASA astronavtını daşıyan Starliner şatlını kosmosa göndərdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.