Day, Month 00, Year
00: 00: 00 AM

'Səmimi' əl sıxma: Sunak Melonini 'buraxmadı'


İtaliyada keçirilən G7 Sammitində qonaqları qarşılayan İtaliyanın Baş naziri Meloni ilə Böyük Britaniyanın Baş naziri Sunak arasında "qeyri-adi" əl sıxma anı yaşanıb. Sunakın "yaxın" davranışının Meloni çətin vəziyyətə saldığı kameralara tuş gəlib.

Bu gün İtaliyanın ev sahibliyi ilə G7 Sammiti işə başlayıb. İtaliyanın baş naziri Meloni qonaqlarını bir-bir qarşılayıb və mətbuata pozalar verib.

Böyük Britaniyanın baş naziri Rişi Sunakın Meloni ilə əl sıxdığı zaman "yaxın" anlar yaşanıb. Meloni Sunakın yaxın mövqeyindən nəzakətlə uzaqlaşdığı görülüb.


Sunak poza verdikdən sonra Meloni ilə dostcasına əl sıxışmağa davam edib.


Fotolarda hər ikisinin Puglia şəhərindəki zirvədə zeytun ağacının kölgəsi altında bir-birini səmimi salamladıqları və zarafatlaşdıqları görünür.


İtaliyada keçiriləcək G7 Sammiti 3 gün davam edəcək.

Tarix: 13-06-2024, 16:00 Oxunub: 92


Bölməyə aid digər xəbərlər