Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfir: "Yaponiya indiyədək Azərbaycanda 300-dən çox layihə həyata keçirib"

Baxış: 268



"Yaponiya indiyədək Azərbaycanda müxtəlif sahələr üzrə 300-dən çox layihə həyata keçirib".
"Sahibkartv.az"ın Qarabağ bürosu xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada BMT-nin İnkişaf Proqramı ilə birgə Bərdə rayonunun Mollalı kənd tam orta məktəbində enerji sisteminin yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olarkən deyib.
Səfir media nümayəndələrinə açıqlamasında Yaponiyanın bu günədək Azərbaycanda gördüyü işlərdən danışıb, enerji sahəsində həyata keçirilən layihəni əhali üçün olduqca səmərəli hesab etdiyini deyib.
"Növbəti layihələrimiz alternativ enerjidən istifadənin genişlənməsinə dəstəklə bağlıdır. Bu gün biz bunu artıq Bərdənin ucqar kəndindəki bir məktəbdə və rayonda olan bir yaşayış binasında həyata keçirmişik. Ümid edirəm ki, bu layihənin icrası ilə enerjidən səmərəli istifadəylə yanaşı, həm də əhalinin yaşayış səviyyəsinə bir faydamız dəymiş olur", - səfir vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.