Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Siyarto: “Azərbaycandan Macarıstana qaz tədarükünün həcmi bir neçə milyard kubmetr təşkil edəcək”

Baxış: 293


Siyarto: “Azərbaycandan Macarıstana qaz tədarükünün həcmi bir neçə milyard kubmetr təşkil edəcək”
“Azərbaycandan Macarıstana ilk 100 milyon kubmetr təbii qaz 2023-cü ilin sonuna kimi nəql ediləcək”.
“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Moldovanın Baş naziri Dorin Reçanla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələcəkdə uzunmüddətli müqaviləyə əsasən tədarük həcmi artırılacaq.
"Azərbaycanla siyasi razılaşma nəticəsində ticarət danışıqlarımız müəyyən dərədəcə uğurlu oldu - bu il Azərbaycandan Macarıstana təbii qazın tədarükünə başlanılacaq. Bu il tədarük həcmi 100 milyon kubmetr təşkil edəcək. Bu, Macarıstanın illik istehlakının cəmi 1,5 %-ni təşkil edir, lakin bu, Azərbaycanla bir neçə milyard kubmetr qazın tədarükünə dair uzunmüddətli müqavilənin bağlanması istiqamətində ilk addımdır”, - nazir qeyd edib.
Xatırladaq ki, daha əvvəl Peter Siyarto ölkəsinin Serbiya və Bolqarıstan arasında interkonnektor tamamlandıqdan sonra bu boru kəməri vasitəsilə Azərbaycandan əlavə həcmdə qaz əldə etməkdə maraqlı olduğunu bildirmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.