Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Avropa, ABŞ və Yaponiyada bankların bazar dəyəri martın əvvəlindən 459 milyard dollar azalıb"

Baxış: 305



"Avropa, ABŞ və Yaponiyada bankların bazar dəyəri martın əvvəlindən 459 milyard dollar azalıb" 


ABŞ, Avropa və Yaponiyanın ən iri banklarının səhmlərinin dəyəri Amerika Silikon Vadisi Bankının (SVB) müflisləşməsi və İsveçrə bankı "Credit Suisse"ın problemləri fonunda martın əvvəlindən orta hesabla 16% (pul ifadəsində 459 milyard dollar) azalıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.
Qeyd edilib ki, bu, 2020-ci ilin martından bəri ən böyük enişdir.
Nəşr bildirir ki, tənzimləyicilərin indiyə qədər vəziyyəti sabitləşdirmək cəhdlərini yalnız qismən uğurlu kimi qiymətləndirmək olar. ABŞ bankı "First Republic" və "Credit Suisse" müvafiq olaraq, 30 milyard və 54 milyard dollar təcili kredit almalarına baxmayaraq, cümə günü bu qurumların səhmlərinin ucuzlaşması davam edib.
Nəşrin mənbələri onu da bildirir ki, mövcud vəziyyətə görə Amerika Goldman Sachs qiymətli kağızların ticarətində təxminən 200 milyon dollar itirib. Bank bu məlumatı şərh etmir.
Bayden əmindir ki, ABŞ-da bank böhranı səngiyib
ABŞ prezidenti Co Bayden cümə günü ABŞ-ın bank böhranının azaldığına əminliyini ifadə edib. O, Ağ Ev həyətində jurnalistlərə müsahibə verib. Dövlət başçısından “bank böhranının səngidiyinə” əmin olub-olmadığını soruşublar. Bayden müsbət cavab verib.
Cümə günü əvvəl Bayden Konqresdən administrasiyasına maliyyə institutlarını uğursuz idarə edən bankların rəhbərliyini ciddi şəkildə cəzalandırmaq səlahiyyəti verməsini istəyib. 
Kaliforniya Maliyyə Mühafizəsi Departamenti martın 10-da ABŞ-da texnologiya və vençur kapitalı firmalarına xidmət göstərən 16-cı ən böyük bank olan SVB-nin müflis olduğunu elan edib. Bu, 2008-ci il maliyyə böhranından sonra Amerika bankının ən böyük iflasıdır. SVB ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının nəzarətinə verilib. Martın 12-də Nyu-York ştatının tənzimləyicisi sistem risklərini aradan qaldırmaq üçün "Signature Bank"ı bağlamaq qərarına gəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.