Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Verner Hoyer: "Avropa İnvestisiya Bankı “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəkləyir"

Baxış: 325


Verner Hoyer: Avropa İnvestisiya Bankı “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəkləyir
"Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xətt Avropa İnvestisiya Bankının, həmçinin Avropa İttifaqının “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil edir".
"Sahibkartv.az" xəbər verir ki, bu fikri Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib. O, rəhbərlik etdiyi maliyyə qurumunun xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırıb.
Verner Hoyer vurğulayıb ki, Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə etməsi nəticəsində Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələr icra olunub. EIB-in prezidenti, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.