Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Polşa iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Baxış: 267


İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviakla görüşüb.
“Sahibkartv.az” nazirliyə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycan-Polşa əlaqələrinin genişləndiyini, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin tərəfdaşlığın inkişafında rolunu vurğulayıb.
Qeyd edib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət Nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün müvafiq tədbirlər görür.
Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparıblar.
17:08Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviakla görüşüb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə nazir özünün "Tvitter" hesabında yazıb.
"Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyətinə dair fikir mübadiləsi apardıq, həmçinin əməkdaşlığımızın inkişaf perspektivlərini nəzərdən keçirdik", - deyə o əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.