Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə və BƏƏ-nin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Baxış: 305


Türkiyə və BƏƏ-nin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
“Sahibkartv.az” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Nazirlər ikitərəfli əməkdaşlığı və regional məsələləri müzakirə ediblər.
Tərəflər eyni zamanda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının qız tələbələrin təhsilinə qoyduğu qadağalar barədə fikir mübadiləsi aparıblar. Nazirlər “Taliban”ın qərarları ilə bağlı narahatlıqlarını ifadə ediblər. 
Onlar, həmçinin İsrail tərəfinin "Məscidül-Əqsa"ya hücumu barədə müzakirə aparıblar. 
M.Çavuşoğlu və həmkarı Qüdsdə dini obyektlərin statusunun və müqəddəsliyinin qorunub saxlanmasının vacibliyinə diqqət çəkiblər. Onlar "Məscidül-Əqsa"nın tam mühafizə olunmasının, orada baş verən ciddi və təxribatçı pozuntuların dayandırılmasının vacibliyini vurğulayıblar.
XİN başçıları həmçinin İsrail hakimiyyətini bölgədə gərginliyin və qeyri-sabitliyin azaldılması üçün məsuliyyətli olmağa çağırıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.