Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Prezidenti: "Bizim “Azersky” və “Azerspace-1” peyklərimiz Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir"

Baxış: 489


Azərbaycan Prezidenti: Bizim “Azersky” və “Azerspace-1” peyklərimiz Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir
"Artıq Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik".
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.
"Yarım il bundan əvvəl biz Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün məmnunluqla bu Bəyannamənin necə icra olunduğunu qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən və təhsil sahəsi, yüksək texnologiyalar sahəsi ilə bağlı suallardan başlayaraq geniş məsələlər spektrini ətraflı müzakirə etdik”, - dövlət başçısı diqqətə çatdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.