Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZAL İstanbul və Dubay istiqamətləri üzrə genişgövdəli hava gəmiləri ayırır

Baxış: 371



AZAL İstanbul və Dubay istiqamətləri üzrə genişgövdəli hava gəmiləri ayırır 


“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə - Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.
Sahibkartv.az xəbər verir ki. bu barədə AZAL-ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın 15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə edəcəkdir.
15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə Boeing 767, İstanbul şəhərinə isə Boeing 787 (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.