Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zurabişvili: “Azərbaycanlılar və ermənilərin Gürcüstanda dinc şəraitdə yaşaması Qafqaz üçün nümunədir”

Baxış: 235
Salome Zurabişvili
“Gürcüstanın azərbaycanlı və erməni vətəndaşlarının dinc şəraitdə birgə yaşaması tolerantlıq göstəricisidir və bu, Qafqaz üçün müsbət nümunədir, həm də regionun ənənələrinin davamıdır”.
“Sahibkartv.az”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome ZurabişviliErmənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra deyib.
Prezident erməni həmkarı ilə nəqliyyat və yüksək tenxologiyalar sahələrində mövcud əlaqələr və əməkdaşlıq potensialının artırılması məsələlərini müzakirə etdiyini bildirib: “Regionun tranzit potensialına, yeni infrastruktur şəbəkələri və enerji marşrutlarına hər iki tərəfdə böyük maraq var və biz birgə səylərlə bu istiqamətdə iş aparmalıyıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.