Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsini qalibi “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən beynəlxalq təlim proqramı sona çatdı.​
Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir.
18 fevral tarixindən start götürən layihə çərçivəsində iki istiqamət üzrə: “Wood Badge” və "Təməl Liderlik" kursları baş tutub. 1 həftədən ibarət Proqramının həyata keçirilməsi üçün təlimçilər və fasilitatorlar Amerika Birləşmiş Ştatlarından və Türkiyə Cümhuriyyətindən dəvət edilmiş skautmasterlərdir. 55 gəncin iştirak etdiyi layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.
Tədbirin bağlanış mərasimində çıxış edən​ Azərbaycan Respublikası​ Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Cırtdan” - Uşaq İstirahət və Sağlamlıq Mərkəzində baş tutan beynəlxalq “Wood Badge” kursu çərçivəsində düşərgə ərazisinə gələn müdavimlər yerləşmə və nahar və patrullara bölündükdən sonra onlara “Yüksək dərəcəli liderlik kursu”, “Müxtəlif yaş qruplarının tapşırıqları” və digər təlimlərə qoşulublar.
Paralel olaraq Təməl Liderlik kursu iştirakçıları isə “Düşərgənin qurulması”, “Komandanın idarə edilməsi”, “Patrul sistemi anlayışı” və digər təlimlərdə fəal iştirak ediblər. Düşərgənin davamında iştirakçılar “Skautiqin tarixi və skautinqin predmeti”, “Skautinqin əsas prinsipləri”, “Struktur”, “Qol komandaları, balta, bıçaq istifadəsi”, “Bacarıqların kurikulumu” və digər təlimlərə qoşulublar. Gün sonunda onlar öz axşam yeməklərini birgə hazırlayaraq patrul ruhunu atrırıblar. Gün sonu düşərgə tonqal ətrafında birləşərək ənənəvi skaut fəaliyyətləri icra edən skautlar qəlblərini isidiblər.
Qeyd edək ki, 1919-cu ildən etibarən həyata keçirilən “Wood Badge” beynəlxalq liderlik proqramı böyükyaşlı skautlar üçün peşəkar səviyyədə həyata keçirilən qabaqcıl liderlik təlimidir. Bir və daha çox həftədən ibarət olan təlim, skaut metodları və patrul təcrübəsini yaşamaqla peşəkar skaut ustadları tərəfindən öyrədilir. “Wood Badge” proqramı iştirakçılara skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrətmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

















Tarix: 27-02-2022, 09:59 Oxunub: 436


Bölməyə aid digər xəbərlər